Finlandiya hakimiyyəti Helsinki yaxınlığında 5,5 min sığınacaqdan ibarət geniş şəbəkə yaradıb.
“The Times” qəzetinin məlumatına görə, bu obyektlər ikili təyinat prinsipi ilə qurulub. Normal vaxtlarda onlar hovuz, sauna, kilsə və digər ictimai məkanlar kimi istifadə olunur, fövqəladə vəziyyət zamanı isə sığınacaq funksiyasını yerinə yetirir.
Sığınacaqlar əhalini silahlı hücum və nüvə təhlükəsindən qorumaq üçün nəzərdə tutulub. Onlar zərbə dalğasına davamlı polad qapılarla təchiz edilib, həmçinin kimyəvi, bioloji və nüvə təsirlərindən müdafiə imkanına malikdir.

