Polşa Prezidenti Karol Navrotski ölkəsinin xarici nüvə silahlarını öz ərazisində yerləşdirmək imkanına malik olmalı olduğunu bildirib.
DenMedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“O, nüvə silahının birgə istifadəsi proqramında iştirak etməlidir və biz buna hazır olduğumuzu hiss edirik”, – Prezident vurğulayıb.
Navrotskinin fikrincə, Polşanın həmçinin öz nüvə potensialı olmalıdır. O, xüsusən mülki nüvə enerjisinin rolunu qeyd edib.