İsveçli hüquq müdafiəçisi Qreta Tunberq digər fəallarla birlikdə Berlində etiraz aksiyası keçirib.
Aksiya Almaniyanın müdafiə konserni Rheinmetall-ın Berlinin mərkəzində, Brandenburq qapısı yaxınlığında yerləşən bürosunun qarşısında baş tutub.
Berlin polisinin X sosial şəbəkəsində yaydığı məlumata görə, aksiyada ümumilikdə 40-dan çox şəxs iştirak edib.
Polisin məlumatında qeyd olunub ki, səhər saat 08:00-a az qalmış 40-dan çox fəal Parizer-platz meydanında, Ebertştrasse küçəsinə çıxışlardan birinin yaxınlığında toplaşıb.
Onlardan təxminən 40 nəfər etiraz əlaməti olaraq özünü yerə yapışdırıb.
Hadisə ilə bağlı polis ərazidə tədbirlər görüb.

