İsveçli ekofəal Qreta Tunberq və “Sumud” flotiliyasının digər üzvləri İsraildə həbsdə olarkən işgəncəyə məruz qalıblar.
Bu barədə hüquq müdafiəçisi Stokholmda keçirdiyi mətbuat konfransında məlumat verib, — “DenMedia.az” Reuters-ə istinadla xəbər verir.
Tunberq təfərrüatlara varmaqdan imtina edib, lakin bildirib ki, “həbsxanada mənə təmiz su vermirdilər, digər saxlanılanlara isə lazımi dərmanlar çatdırılmırdı.”
Məlumata görə, 3 oktyabra qədər İsrail “Sumud” flotiliyasına aid təxminən 40 gəmini saxlayıb. Onların biri qəsdən toqquşdurulub, digərlərinə isə su topları ilə hücum edilib. Gəmilərdə olan fəallar, o cümlədən Qreta Tunberq də saxlanılıb. Bu, onun Qəzza blokadasını yarmaq üçün ikinci cəhdi olub — birinci dəfə də o, həbs edilərək deportasiya olunmuşdu.
6 oktyabrda İsrail Xarici İşlər Nazirliyi Yunanıstana və Slovakiyaya 171 beynəlxalq fəalın, o cümlədən Tunberqin deportasiya edildiyini açıqlayıb. Nazirlik bəyan edib ki, “bu PR aksiyasının iştirakçılarının bütün qanuni hüquqları tam şəkildə qorunub.”