Parisdə gələn həftə keçirilməsi planlaşdırılan kosmik sammit hələ başlamadan tənqid hədəfinə çevrilib.
“Politico”nun adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, tədbirin təşkilati işləri ilə bağlı ciddi narazılıqlar var. Sammitdə iştirak edəcək altı nəfər nəşrə bildirib ki, koordinasiya zəifdir, tədbirin nəticəsinin nə olacağı isə aydın deyil.
Onların sözlərinə görə, hansı ölkələrin sammitə qatılacağı, nümayəndə heyətlərinin hansı səviyyədə təmsil olunacağı və proqramın detalları barədə dəqiq məlumat yoxdur.
Nəşrdə sammitlə bağlı sərt ifadə də yer alıb:
“Bu, Makronun təşkil etdiyi ən pis sammitdir”.
Mənbələrdən biri bildirib ki, Ağ Evin sammitə münasibətdə səsləndirdiyi tənqidlər fonunda Fransa hakimiyyətinin diplomatik səhvə yol verdiyi daha aydın görünür.
Beləliklə, Fransa Prezidenti Emmanuel Makron sammit başlamamışdan əvvəl həm təşkilati problemlər, həm də diplomatik tənqidlərlə üzləşib.
Denmedia.az

