Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron Ukrayna- İranla bağlı atəşkəs məsələsini müzakirə ediblər.
Bu barədə Fransa lideri X sosial şəbəkəsində bildirib.
“Əvvəlcə Yaxın və Orta Şərqdəki vəziyyəti müzakirə etdik, atəşkəs rejiminə riayət olunmasına və onun Livanda təmin edilməsinə çağırdıq, Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasını və davamlı diplomatik həllin zəruriliyini vurğuladıq”, — deyə Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin Ukraynadakı vəziyyəti və ədalətli və davamlı sülhün tapılması üçün “istəkli koalisiya” çərçivəsində birgə işi müzakirə ediblər.

