Kürdəmirdə valideynlərin uşaqlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik sistemi olan məktəblərə aparmaları barədə iddialar yayılıb.
Den.az xəbər verir ki, bu barədə sosial şəbəkə platformasında paylaşımlar edilib. Bildirilir ki, mövcud problemlə bağlı artıq məktəblərdən birindən yüzlərlə uşaq çıxıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, son günlər Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar həqiqəti əks etdirmir:
"Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox, fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir".
Məlumatda qeyd edilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:
"Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır".
Şahnaz Əliyeva
Den.az
Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.