2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək nəticə “Texnologiya” fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
DenMedia.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Texnologiya” fənni üzrə sertifikatlaşdırmada iştirak edən 2 948 müəllimdən 2 555-i uğurlu nəticə göstərib.
“Fiziki tərbiyə” fənni üzrə 5 419 müəllimdən 4 516-sı, “Təsviri incəsənət” üzrə 1 689 müəllimdən 1 405-i, “Musiqi” üzrə 1 311 müəllimdən 1 041-i, “Tarix” fənni üzrə isə 5 571 müəllimdən 4 194-ü sertifikatlaşdırmadan uğurla keçib.

