Azərbaycanda 2026/2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) test imtahanları iyulun 14-dən başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ilk sessiyada informatika, ikinci sessiyada isə ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verəcəklər.
İyulun 15-də texnologiya, təsviri incəsənət, Azərbaycan dili, fiziki tərbiyə və biologiya ixtisasları üzrə imtahanlar keçiriləcək.
Namizədlər imtahanın tarixi, vaxtı və keçirilmə yeri barədə məlumatı şəxsi kabinetlərindən əldə edə bilərlər.
MİQ üzrə test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq. İmtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.

