24 
fev
2024
20:21
183

SDU-da müvəffəqiyyət göstəricisi 90%-dən 67%-ə niyə düşüb? AŞIQLAMA

24 fev, 2024
20:21
183

SDU-da müvəffəqiyyət göstəricisi 90%-dən 67%-ə niyə düşüb? AŞIQLAMA

Sumqayıt Dövlət Universiteti (SDU) iddialara cavab verib. 

Den.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri ali məktəblərdəki qış imtahan sessiyasının yekunlarını müzakirə edirlər. Əksəriyyət SDU-nun ən aşağı nəticə göstərdiyini bildirir. Təhsil ocağının mətbuat katibi Nazxanım Cəlilli məsələyə münasibət bildirib. O, dəqiq nəticələri diqqətə çatdırıb:

“Qış imtahan sessiyasında 5745 bakalavr iştirak edib. Onlardan 3835-i imtahanları müvəffəqiyyətlə başa vurub, 1910 tələbənin isə akademik borcu yaranıb ki, bu da müvəffəqiyyət göstəricisinin 67% olması ilə nəticələnib. Əvvəlki tədris ilində bu göstərici 90% təşkil edib.

N. Cəlillinin sözlərinə görə, akademik borcu yaranan 2388 tələbə bir, bəziləri isə iki təkrar imtahana qatılıb. 1278 nəfər tələbə Appelyasiyaya müraciət edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar