Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.
Den.az-ın xəbərinə görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə – fevralın 19-da və iyunun 11-də keçirilib.
Bildirilib ki, 2023-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24118 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 20823 nəfər idi.
Bu il 90 va daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı kifayət qədər çoxdur.
Magistratura – 2023
Bakalavrların sayı : 24118
Ballar üzrə histoqram
Bal intervalları | Bakalavr sayı (tezliklər) |
0 – 30 | 1670 |
30 – 35 | 1250 |
35 – 40 | 1842 |
40 – 45 | 2238 |
45 – 50 | 2712 |
50 – 55 | 2949 |
55 – 60 | 2841 |
60 – 65 | 2547 |
65 – 70 | 2057 |
70 – 75 | 1741 |
75 – 80 | 1148 |
80 – 85 | 637 |
85 – 90 | 324 |
90 – 95 | 133 |
95 – 100 | 29 |
Bakalavrların sayı : 20823
Ballar üzrə histoqram
Bal intervalları | Bakalavr sayı (tezliklər) |
0 – 30 | 1907 |
30 – 35 | 1332 |
35 – 40 | 1837 |
40 – 45 | 2300 |
45 – 50 | 2637 |
50 – 55 | 2666 |
55 – 60 | 2447 |
60 – 65 | 1951 |
65 – 70 | 1506 |
70 – 75 | 1011 |
75 – 80 | 638 |
80 – 85 | 346 |
85 – 90 | 171 |
90 – 95 | 60 |
95 – 100 | 14 |