Mariya Zaxarova və Fredrix Merz arasındakı diplomatik dialoq, bir çox siyasi analitiklər tərəfindən maraqla izlənilir. Zaxarovanın “Yenidən” ifadəsini istifadə edərək Merzə yönəltməsi, keçmişdəki siyasi hadisələrin təkrarlanmasına işarə edir. Bu, bir növ xəbərdarlıq xarakteri daşıyan sual kimi qəbul edilə bilər.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Den.az-a dünya gündəmində olan dialoqu şərh edərək bildirib ki,"Yenidən" ifadəsi tarixi dövrü, xüsusilə XX əsrin ortalarına aid olan münaqişəli dönəmləri yada salır. Bu cür ifadələr, bəzən soyuq müharibə dövrünü və ya əvvəlki gərgin münasibətlərin yenidən canlanmasını simvolizə edə bilər. Zaxarovanın sualı, Merzə bu cür tarixi təkrarlardan qaçınmanın əhəmiyyətini vurğulayan bir mesaj kimi dəyərləndirilə bilər.
Zaxarova, bu ifadə ilə Fredrix Merzə, beynəlxalq münasibətlərdə daha ehtiyatlı və tarixdən dərs çıxarmaq lazım olduğunu xatırladır. Tarixin təkrarı, bəzən qarşısıalınmaz nəticələrə səbəb ola bilər və bu, ölkələr arasında dialoq və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini göstərir.
Xəyal Bəşirov hesab edir ki, bu cür siyasi şərhlər, yalnız iki siyasətçi arasında deyil, daha geniş bir geopolitik kontekstdə də əhəmiyyət daşıyır. Gələcəkdə, bu cür dialoqların qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin daha geniş miqyasda əməkdaşlığını gücləndirməsi lazım gələcəkdir.
Ellada Rəsul
Den.az