Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə uzun illərdir davam edən qeyri-sabitlik və münaqişələrin yeni böhranlarla daha da dərinləşməsini istəmədiyini bildirib. Ərdoğan, Türkiyə ordusunun Suriyanın şimalında və İraqda həyata keçirdiyi sərhəd əməliyyatlarına diqqət çəkərək, bu əməliyyatlar nəticəsində terroru mənbəyində aradan qaldırmağa yaxınlaşdıqlarını və yeni bir mərhələyə keçdiklərini vurğulayıb.
Ərdoğan, gələcəkdə mübarizənin XXI əsrin ən strateji resursu olan su uğrunda olacağını, neftin əhəmiyyətinin geridə qaldığını qeyd edib. O, Türkiyənin su qıtlığı ilə üzləşdiyini bildirərək, bu məsələ üzərində diqqətini artırmağın vacib olduğunu ifadə edib.
Den.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov , son 20 ildə İraqda və son 15 ildə Suriyada davam edən qeyri-sabitliklərə diqqət çəkərək, bu ölkələrin daxili qüvvələrinin hakimiyyət uğrunda mübarizələri və xarici dövlətlərin maraqlarının da rol oynadığını bildirib. Xəyal Bəşirov, bu münaqişələrin yalnız xarici faktorlarla bağlı olmadığını, daxildəki qüvvələrin də böyük rol oynadığını qeyd edib.
Ellada Rəsul
Den.az