ABŞ və İran nümayəndə heyətləri aprelin 19-da Omanda deyil, Roma şəhərində görüşəcəklər.
Den.az TASS-a istinadla xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl müzakirələrin növbəti mərhələsinin Romada, bir qədər sonra isə Omanda keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Siyasi və Hüququ Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov hesab edir ki, ABŞ və İran arasındakı bu görüşün əsas məqsədi iki ölkə arasında uzun müddətdir davam edən gərginlikləri azaltmaq və diplomatik münasibətləri yaxşılaşdırmaqdır. Gözləntilər arasında:
- İran nüvə proqramı ilə bağlı anlaşmanın yenidən müzakirəsi və mümkün razılaşma əldə olunması.
- İqtisadi sanksiyalar məsələsinin həllinə çalışmaq.
- Regionda sabitliyin təmin olunması üçün əməkdaşlıq yollarının araşdırılması.
Xəyal Bəşirov əlavə edib ki, bu görüş, regionda sülh və stabilliyə nail olmaq üçün hər iki tərəfin kompromisə hazır olub-olmadığını göstərmək üçün əhəmiyyətli bir addım ola bilər. Həmçinin, beynəlxalq ictimaiyyət bu görüşdən müsbət nəticələr əldə olunmasını gözləyir.
Ellada Rəsul
Den.az