Dövlət-özəl-valideyn əməkdaşlığı çərçivəsində hazırda 1500-dək uşaq əhatə olunub.
Denmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Planlara əsasən, oktyabr ayından etibarən bu göstərici 4000-ə çatdırılacaq. Aparılan optimizasiya tədbirləri nəticəsində 110 uşaq bağçalara yerləşdirilib. Məktəbəqədər hazırlıq qruplarına qəbul olunan uşaqların sayı isə 85 min təşkil edir.
Eşqi Bağırov qeyd edib ki, STEAM layihələrinin sayı artırılacaq və coğrafiyası daha da genişləndiriləcək. Bu ildən etibarən layihədə iştirak edən şagirdlərin sayı 280 minə çatdırılacaq.