Bu il məktəbəqədər təhsil müəssisələri üzrə əhatəlilik 40 faizə çatıb.
Denmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib. Bildirilib ki, 2025/2026-cı tədris ili üzrə məktəbəqədər təhsilə 226 min uşağın cəlb olunması nəzərdə tutulur. Ümumi təhsil isə 1,6 milyon şagirdi əhatə edir. Cari tədris ilində də 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunacağı gözlənilir.
Tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanıb və təsdiqlənib, 2026-cı ildən tətbiq olunması nəzərdə tutulur. Hazırda 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur.
Qeyd olunub ki, ötən il aparılan monitorinqlərin nəticəsinə əsasən, 18 müəssisə müdirinin fəaliyyətinə xitam verilib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bu göstərici 32 faiz təşkil edib.