ABŞ İrana qarşı müharibədə çıxılmaz vəziyyətə düşüb, çünki Vaşinqtonun hərbi əməliyyatlar üçün aydın strategiyası yoxdur, İran isə yüksək “ağrı dözümlülüyünə” malikdir. Bu barədə Bloomberg üçün yazdığı məqalədə analitik Mark Çempion qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset ideoloji motivasiyalı rəqiblə qarşıdurmaya daxil olublar, lakin ortada aydın fəaliyyət planı yoxdur. “İndi ABŞ çıxılmaz vəziyyətdədir. İranlılar ciddi itkilər versələr də, bir neçə pilotsuz aparat işə salmaqla Hörmüz boğazının fəaliyyətini poza və ya Fars körfəzi enerji infrastrukturunu hədəfə ala bilirlər. Bu isə onlara ABŞ-ın səbrinin tükənməsinə və ya raketlərin qarşısını almaq imkanlarının azalmasına qədər mübarizəni davam etdirməyə imkan verir”, – deyə Çempion yazıb. Analitik vurğulayır ki, ABŞ və İsrailin maraqları bu münaqişədə üst-üstə düşmür. Onun fikrincə, İsrail iqtisadi və insan itkilərinə ABŞ-dan daha çox hazırdır. Çempion qeyd edir ki, İsrail üçün İranın gələcək taleyi, hətta neft qiymətlərinin artması o qədər də önəmli deyil. Lakin bu məsələlər ABŞ və onun Fars körfəzi və Avropadakı müttəfiqləri üçün ciddi əhəmiyyət daşıyır. Eyni zamanda İsraildə İrana qarşı hücumların geniş ictimai dəstək qazandığı, ABŞ-da isə əksinə, əhalinin böyük hissəsinin müharibəyə qarşı olduğu və yanacaq qiymətlərinin artdığı vurğulanır. “Trampın əsas problemi ondan ibarətdir ki, İranın ağrı dözümlülüyü İsraildən də, amerikalı seçicilərdən də yüksəkdir. Bu isə ciddi itkilərə baxmayaraq, İrana üstünlük verir. Biz bunun nəticələrini real vaxtda görürük”, – deyə o bildirib. Analitikin fikrincə, Tramp indi seçim qarşısındadır: ya sürətli qələbəyə ümid edərək münaqişəni davam etdirmək, ya da “şərəfsiz çıxış yolu” taparaq müharibədən geri çəkilmək.
Müharibədə yeni reallıq – ABŞ üçün risklər artır, dəstək azalır
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

