ABŞ İrana qarşı əməliyyatın konkret müddətini müəyyən etmək istəmir. Bunu jurnalistlərə açıqlamasında Pentaqon rəhbəri Pit Heqset bildirib.
Onun sözlərinə görə, proses plan üzrə davam edir, hərbi əməliyyatların nə vaxt başa çatacağına isə Ağ Ev rəhbəri Donald Tramp qərar verəcək.
“Konkret müddətlər müəyyən etmək istəmirik, lakin daha əvvəl də qeyd etdiyimiz kimi, hər şey plan üzrə gedir”, – deyə Heqset bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranın inzibati və hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Tehran İsraili və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.
Martın 1-nə keçən gecə isə İranın ali lideri Əli Xameneinin öldüyü barədə məlumat yayılıb.

