İran hakimiyyəti ABŞ-la yaranmış mübahisələrin diplomatik yolla həllində maraqlıdır. Bunu ABŞ prezidenti Donald Tramp Axios portalına müsahibəsində bildirib.
“Onlar razılaşma bağlamaq istəyirlər, bunu bilirəm. Bizimlə dəfələrlə əlaqə saxlayıblar, danışmaq istəyirlər”, — deyə Tramp vurğulayıb.
Eyni zamanda, ABŞ prezidenti İran ətrafına böyük hərbi qüvvələrin cəmləşdirildiyini qeyd edib:
“İranın yaxınlığında böyük bir armadamız var. Bu, Venesuela yaxınlığında olan qüvvələrdən də böyükdür”, — deyə o bildirib.
Bununla yanaşı, Axios mənbələrə istinadla yazır ki, Tramp İrana zərbə endirilməsi ilə bağlı hələ yekun qərar verməyib. Nəşrin məlumatına görə, bu həftə ərzində ABŞ prezidentinin mövzu ilə bağlı məsləhətləşmələr aparması planlaşdırılır.

