Böyük Britaniya kralı III Çarlzın planlaşdırılan səfəri Vaşinqtonda baş verən insidentdən sonra yenidən nəzərdən keçirilə bilər. Bu barədə Buckingham Palace nümayəndəsi məlumat verib.
“Kral hadisələrin gedişi barədə tam məlumatlandırılır və prezident Donald Tramp, birinci xanım və qonaqların xəsarət almamasını böyük rahatlıqla qarşılayıb.”
Bildirilib ki, gün ərzində ABŞ tərəfi ilə görüşlər keçirilərək insidentin səfər proqramına mümkün təsiri müzakirə olunacaq.
Məlumata görə, III Çarlz və kraliça Kamilla baş verənlərlə bağlı Tramp və onun həyat yoldaşına başsağlığı mesajı göndəriblər.

