Dünən günorta saatlarında Kral III Çarlz və Kraliça Kamilla British Museum-də Kraliça II Elizabet-ə həsr olunacaq milli memorialın yekun maketlərini incələyiblər.
Bundan sonra kral cütlüyü Buckingham Palace-də keçirilən qəbul mərasiminə qatılıb.
Həmin gün Kraliça Kamilla tünd rəngli, Fiona Clare markasına məxsus ağ naxışlı palto geyinib, qara corab və Eliot Zed markalı ayaqqabılarla görünüşünü tamamlayıb.

Kraliçanın obrazını həmçinin təxminən 3900 avro dəyərində olan Atelier Renard Paris tərəfindən hazırlanmış “La Sherpa” adlı eksklüziv çanta da tamamlayıb. Məlumata görə, bu çanta Himalay timsah dərisindən hazırlanıb və onun bağlayıcı hissəsi Yaponiyada əl işi lak ustası tərəfindən hazırlanıb.

Brendin Instagram səhifəsində qeyd olunub ki, Kraliça Kamilla bu çanta ilə bir neçə həftə əvvəl də başqa bir tədbirdə görünmüşdü və bu, dizaynerlərin diqqətini cəlb edib.
Kraliça Kamilla öz obrazını brilliant bağlayıcılı boyunbağı və sevimli aksessuarlarından biri olan Van Cleef & Arpels qolbağı ilə tamamlayıb.

