ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2025-ci ilin iyununda zərbələrə məruz qalan obyektlərdən əldə olunan zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyə razılaşıb.
Onun sözlərinə görə, hücumlardan sonra həmin materiallar yerin dərin qatlarında saxlanılır.
Tramp əlavə edib ki, İranla müəyyən razılaşmalar əldə olunub və yaxın perspektivdə vəziyyətin inkişafında müsbət dəyişikliklər mümkündür.

