ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
O bildirib ki, Tehran zənginləşdirilmiş urandan imtina etsə belə, ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq.
“İran zənginləşdirilmiş urandan vaz keçsə belə, sanksiyaları yüngülləşdirməyəcəyik”, — deyə Tramp bildirib.
Bu açıqlama ABŞ-ın İran üzərində iqtisadi və siyasi təzyiqi davam etdirmək niyyətində olduğunu göstərən sərt mesaj kimi qiymətləndirilib.
Hazırda ABŞ, İsrail və İran arasında gərginliyin azaldılması üçün danışıqlar davam edir. Müzakirələrin əsas mövzularından biri İranın əlində olduğu bildirilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyidir.

