ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın əlində qalan bütün zənginləşdirilmiş uran dərhal Amerika tərəfinə təhvil verilməli və sonradan məhv edilməli, yaxud beynəlxalq nəzarət altında yerindəcə ləğv olunmalıdır.
Onun sözlərinə görə, İran uranı ilə bağlı bir neçə mümkün variant nəzərdən keçirilə bilər.
Tramp əlavə edib ki, bu proses, onun fikrincə, ABŞ Atom Enerjisi Komissiyasının nəzarəti altında aparılmalı və ya prosedura şahidlik edəcək analoji tənzimləyici qurum tərəfindən izlənilməlidir.
Daha əvvəl İranın ABŞ-la münaqişənin tənzimlənməsi səyləri çərçivəsində zənginləşdirilmiş uranı Çinə təhvil verməyə hazır olduğu məlum olmuşdu. Bildirilir ki, İran İslam Respublikası ABŞ-la danışıqları bərpa etməzdən əvvəl Pekindən zəmanət almağa çalışır.

