İsveçrədə ABŞ nümayəndələri ilə dialoqda iştirak edən İran nümayəndə heyəti rəsmi görüşləri davam etdirmək niyyətində deyil.
Bu barədə Al Mayadeen məlumat yayıb.
Məlumata görə, İran tərəfi ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi təhdidlərə görə üzr istəməsini tələb edir. Bildirilir ki, Tehran nümayəndələri bu baş verməyənədək rəsmi danışıqların davam etdirilməsini məqsədəuyğun saymırlar.
Bundan əlavə, iranlı danışıqlarçılar Livanda hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıblar.
Onlar həmçinin İsrail qüvvələrinin Cənubi Livandan çıxarılması tələbini irəli sürüblər.

