Böyük Britaniyanın baş naziri Kir Starmer qalmaqalın mərkəzinə düşüb: o, ABŞ prezidenti Donald Trampın İranla bağlı təhdidlər səsləndirdiyi vaxt İspaniyada istirahətdə olub. Bu barədə Daily Express qəzeti yazır. “Starmer İspaniyada məzuniyyətdə idi, Tramp isə İranı məhv etməklə hədələyirdi — halbuki həmin baş nazir demişdi ki, beynəlxalq hərəkətləri çimərlikdən koordinasiya etmək olmaz”, — nəşrdə qeyd olunur. Nəşr xatırladıb ki, daha əvvəl Kir Starmer sələfi Boris Conson hökumətini ABŞ qoşunlarının Əfqanıstandan çıxarıldığı vaxt məzuniyyətə getdiyinə görə tənqid etmişdi. Aprelin 8-də İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Yaxın Şərqdəki münaqişə çərçivəsində İrana zərbələrin dayandırıldığını elan edib. Eyni zamanda, İsrail ordusu Livan ərazisində “Hizbullah”a qarşı hərbi əməliyyatları, o cümlədən quru əməliyyatlarını davam etdirmək niyyətində olduğunu vurğulayıb. Vaşinqton və Tehran arasında İslamabadda danışıqların ehtimal ki, aprelin 11-də, şənbə günü keçirilə biləcəyi bildirilir. Lakin mənbənin sözlərinə görə, görüş yalnız ABŞ-ın Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi vədləri yerinə yetirməsi halında baş tutacaq.
ABŞ-İran gərginliyi fonunda Starmer tənqid olundu - Məzuniyyət vaxtıdır?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

