İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, Hörmüz boğazının idarə olunması ABŞ-la münaqişədən əvvəlki vəziyyətə heç vaxt qayıtmayacaq.
Bu barədə o, IRNA agentliyinə açıqlamasında deyib.
Qalibafın sözlərinə görə, İran bu mühüm dəniz arteriyası üzərində nəzarəti həyata keçirəcək. Bununla belə, o vurğulayıb ki, beynəlxalq normalara riayət olunacaq.
“Hörmüz boğazının idarə olunması müharibədən əvvəl olduğu vəziyyətə heç vaxt qayıtmayacaq. Əlbəttə, beynəlxalq qaydalara əməl ediləcək, lakin İran Hörmüz boğazını idarə edəcək”, — deyə spiker bildirib.

