İran Hərbi Dəniz Qüvvələri qərargah rəisinin müavini, kontr-admiral Həbibullah Səyyari bildirib ki, heç bir ticarət gəmisi Tehranın icazəsi olmadan Hörmüz boğazından keçə bilməz.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Dövlət televiziyasında çıxış edən Səyyari bildirib ki, boğazın qərb hissəsi, dəniz yolu və Fars körfəzi İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin ciddi nəzarəti altındadır.
Onun sözlərinə görə, Hörmüz boğazının şərq hissəsi və Hind okeanının şimalı isə İran Hərbi Dəniz Qüvvələrinin daimi nəzarətindədir.
Səyyari qeyd edib ki, su yoluna nəzarətin təmin edilməsində pilotsuz uçuş aparatlarından geniş istifadə olunur. O əlavə edib ki, pilotsuz sistemlər çox qısa müddətdə və mürəkkəb döyüş şəraitində işə salınmağa hazır vəziyyətə gətirilə bilər.

