İranın paytaxtı Tehranda ölkənin mərhum ali rəhbəri Əli Xamenei ilə vida mərasiminə hazırlıq başlayıb.
İran mediası mərhum liderin tabutu ilə bağlı ilk görüntüləri yayıb. Prezident Məsud Pezeşkian isə vətəndaşları matəm tədbirlərində kütləvi iştiraka çağırıb.
İranın rəsmi IRNA agentliyinin məlumatına görə, vida mərasimlərində iştirak etmək üçün Tehrana təxminən 100 ölkədən rəsmi nümayəndə heyətinin gələcəyi gözlənilir.
Əsas vida tədbirlərinin 4-5 iyulda Tehranda keçiriləcəyi, iyulun 6-da paytaxtda dəfn yürüşünün təşkil olunacağı bildirilir.
Daha sonra mərasimlər Qum şəhərində davam etdiriləcək. Yekun vida və dəfn mərasimi isə iyulun 9-da Məşhəddə keçiriləcək.









