İranın Tasnim xəbər agentliyinin məlumatına görə, İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək.
Daha əvvəl İran hakimiyyəti üçgünlük dövlət vida mərasimi keçirməyi planlaşdırdığını bildirsə də, onun keçirilmə vaxtı dəfələrlə dəyişdirilib.
Xatırladaq ki, Tehran merinin sosial və mədəni məsələlər üzrə müavini Məhəmməd Əli Təvəkkolizadə İran paytaxtında vida mərasiminin ən azı 24 saat davam edəcəyini bildirmişdi. Onun sözlərinə görə, dəfnə qədər Xameneinin nəşi ilə matəm yürüşləri müqəddəs Qum və Məşhəd şəhərlərində də keçiriləcək. Vəsiyyətinə əsasən, o, Məşhəddəki İmam Rza məqbərəsində dəfn olunacaq.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə aviazərbələr endiriblər. Həmin gün zərbələr nəticəsində respublikanın ali lideri Əli Xamenei həlak olub. Buna cavab olaraq İran İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

