ABŞ Silahlı Qüvvələrinin bir sıra komandirləri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı Pentaqon rəhbəri Pit Heqsetə narahatlıqlarını bildiriblər.
“The Washington Post” məlumatlı mənbələrə istinadən yazır ki, hərbi rəhbərlərin fikrincə, İrana qarşı genişmiqyaslı əməliyyatların davam etdirilməsi məqsədəuyğun deyil və ABŞ-ın digər bölgələrdəki təhlükələrə qarşı cavab imkanlarını zəiflədə bilər.
Nəşrin məlumatına görə, bir neçə ABŞ hərbi rəhbəri müdafiə naziri Pit Heqsetə bu mövqelərini birbaşa çatdırıb.
Heqsetin göstərişinə əsasən, Yaxın Şərqdə yerləşdirilən ABŞ hərbçiləri ən azı sentyabr ayınadək regionda qalmalıdır. Ayrı-ayrı bölmələrin isə 2027-ci ilədək Yaxın Şərqdə saxlanılması nəzərdə tutulur.
Məhz bu plan ABŞ hərbi rəhbərlərinin etirazına səbəb olub.

