ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsait tapmaqda çətinliklə üzləşib. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Konqresində hərbi büdcənin artırılması ilə bağlı razılıq prosesi demək olar ki, dayanıb. Bu səbəbdən administrasiya əlavə maliyyə vəsaitini başqa mənbələrdən cəlb etməyə çalışır.
Agentliyin iddiasına əsasən, ABŞ Prezidenti Donald Tramp Konqresdə yaranmış vəziyyətin həlli istiqamətində ciddi addımlar atmır.
Bundan əvvəl CNN Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına istinadən bildirmişdi ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyəri təxminən 40 milyard dollar təşkil edib.
Hesabata görə, xərclərin təxminən 26 milyard dolları döyüş sursatlarının payına düşür. Araşdırmada, həmçinin qeyd olunur ki, hərbi əməliyyatların ilk 100 saatı ABŞ-a 3,7 milyard dollara başa gəlib.

