ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla razılaşma ehtimalını nəzərdən keçirdiyini, lakin İrana qarşı yeni və güclü hərbi zərbələri də istisna etmədiyini bildirib.
Reuters yazır ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, tərəflər arasında gələcəkdə razılaşmanın əldə olunub-olunmayacağının məlum olacağını deyib.
“Bir məqamda razılaşmanın olub-olmayacağını görəcəyik. Amma biz onlara çox güclü zərbələr endirəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.

