ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın şirkəti tərəfindən təqdim olunan uçuş qabiliyyətli avtomobilə heyran qaldığını bildirib.
Tramp brifinq zamanı “Tesla”nın yeni avtomobilini yüksək qiymətləndirərək Maskın uğuruna sevindiyini deyib.
“Amma məni həmin avtomobildə görəcəyinizə əmin deyiləm”, – deyə ABŞ Prezidenti zarafatla bildirib.
Qeyd edək ki, “Tesla” şirkəti Texasda keçirilən təqdimatda “SpaceX” texnologiyaları ilə təchiz edilmiş yeni “Roadster” modelini nümayiş etdirib.
Raket tipli sürətləndiricilərə malik avtomobil qısa müddətə havaya qalxmaq və havada manevr etmək qabiliyyətini nümayiş etdirib.
Yeni modelin kütləvi istehsalına 2028-ci ildə başlanılması planlaşdırılır.

