Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask tarixdə ilk dəfə sərvəti $500 milyard olaraq qiymətləndirilən insan olub.
DenMedia.az xəbər verir ki, Forbes jurnalının məlumatına görə, Moskva vaxtı ilə saat 23:15-ə olan hesablamada Maskın kapitalı $500,5 milyarda çatıb.
Nəşr bunu sahibkarın ABŞ hökumətində “səmərəliliyin artırılması idarəsi”nin rəhbərliyindən imtina edib, biznesinə fokuslanması ilə əlaqələndirir.