Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskın süni intellekt şirkəti xAI və kosmik texnologiyalar şirkəti SpaceX ABŞ-da açılan yeni məhkəmə işi ilə gündəmə gəlib.
Missisipi ştatında yaşayan üç nəfər şirkətlərin obyektlərini enerji ilə təmin edən elektrik stansiyasının bölgə sakinlərinə zərər vurduğunu iddia edərək federal məhkəməyə müraciət edib.
İddiaçılar bildirirlər ki, məlumat mərkəzlərinə enerji verən qaz turbinlərinin yaratdığı səs-küy və vibrasiya insanların gündəlik həyatına mənfi təsir edir. Onların sözlərinə görə, bu vəziyyət sağlamlıq problemlərinə, emosional gərginliyə, həyat keyfiyyətinin azalmasına və evlərin dəyərinin düşməsinə səbəb olub.
Məhkəmə işi üç nəfər tərəfindən açılsa da, onun 10 mindən çox bölgə sakinini əhatə edə biləcəyi bildirilir.
Davacılar şirkətlərdən təzminat tələb edir və səs-küyün azaldılması üçün lazımi tədbirlərin görülmədiyini iddia edirlər.
İş üzrə cavabdeh qismində xAI, SpaceX və MZX Tech göstərilib. İlon Mask isə birbaşa cavabdeh kimi qeyd olunmayıb.
Şirkətlər hələlik iddialarla bağlı açıqlama verməyib.

