SpaceX şirkəti onun qurucusu İlon Maska məxsus olan süni intellekt tədqiqatları ilə məşğul xAI şirkətini satın alıb.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
İlon Maskın fikrincə, SpaceX və xAI-nin birləşməsi raketlər, peyk rabitəsi, süni intellekt texnologiyaları və kosmosda məlumat emalı infrastrukturunu əhatə edən şaquli inteqrasiya olunmuş innovasiya kompleksi yaratmağa imkan verəcək.
Qeyd edək ki, daha əvvəl xAI Maskın sahibi olduğu X (keçmiş Twitter) sosial platforması ilə birləşdirilmişdi.

