“Tesla” Cybercab modelinin istehsalına başladı — sükan və pedallarsız ilk tam avtonom avtomobil. Şirkətin baş icraçı direktoru İlon Mask bu barədə X sosial şəbəkəsində məlumat verib. “Cybercab istehsala başladı.” Məlumata görə, bu model iki nəfərlikdir və tam avtonom işləyir — avtomobildə nə sükan, nə də pedallar mövcuddur. Beləliklə, Mask ötən il verdiyi vədi yerinə yetirərək 2026-cı ilin ikinci rübündə istehsala start verib. Cybercab modelinin digər “Tesla” avtomobillərindən daha əlçatan olacağı bildirilir. 2024-cü ildə təqdimat zamanı Mask onun qiymətinin 30 min dollardan aşağı olacağını açıqlamışdı. Şirkət ilin sonuna qədər bu modelin kütləvi istehsal mərhələsinə keçməyi planlaşdırır. Bundan əlavə, avtomobilin robotaksi kimi istifadə olunması da nəzərdə tutulur.
Sükan yoxdur, sürücü yoxdur — “Tesla” yeni modeli təqdim etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

