SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask artıq sərvəti 1 trilyon dolları keçən ilk insan olmadığını təsdiqləyib.
Sahibkar statusundakı dəyişikliyi X sosial şəbəkəsində ironik şəkildə şərh edərək özünü “keçmiş trilyonçu” adlandırıb.
Məlumata görə, Mask iyunun 12-də SpaceX-in Nasdaq birjasına çıxmasından sonra trilyonçu olub. Şirkətin səhmləri iyunun 16-da 225,64 dollara yüksəldikdə onun sərvəti təxminən 1,45 trilyon dollar qiymətləndirilib.
Lakin sonrakı həftələrdə SpaceX səhmlərinin qiyməti maksimum göstərici ilə müqayisədə təxminən iki dəfə azalaraq 114 dollara düşüb. Eyni zamanda Tesla səhmləri də bir həftə ərzində təxminən 18 faiz ucuzlaşıb və 2022-ci ildən bəri ən pis həftəlik nəticəsini göstərib.
Nəticədə Maskın sərvəti cəmi yeddi gün ərzində təxminən 130 milyard dollar azalıb. Buna baxmayaraq, Forbes-in qiymətləndirməsinə əsasən, o, hələ də dünyanın ən varlı insanı olaraq qalır.

