Cəlilabadda dəhşətli yol qəzası baş verib.
Den.az bildirir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İstirahətə gedən sərnişinlərin avtobusu qəzaya düşdü - Çox sayda ölü və yaralı var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.