Kişi keçmiş həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırıb.
Den.az xəbər verir ki, hadisə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində baş verib.
Mənzil sahibinin sözlərinə görə, hadisəni qadının keçmiş həyat yoldaşı Qürbət Şahverdiyev törədib. Boşandıqdan sonra evə tez-tez gələn eks ər qadını iki uşağın gözü qarşısında döyür və öldürəcəyi ilə hədələyirmiş. Yanğını isə Esmira Şahveriyeva iki övladı ilə birlikdə qardaşı evində olarkən törədib.
Zərərçəkmişin sözlərinə görə, keçmiş əri evi satıb pulunu bölmək istəyib. Qadın iki uşaqla harda qalacağını bilmədiyi üçün evi satmaqdan vaz keçib. Elə hər şeydə bundan sonra baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müəsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Den.az