Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bugün səhər 08:30 radələrində repetiror yanına gedmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.
DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Den.az -a bildirilib ki, məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Araşdırma nəticəsində həmin şagird qısa vaxt ərzində Gəncə şəhərində polis əməkdaşları tərəfindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Dün.az