28 
avq
2023
12:54
188

Xaçmazda 59 yaşlı qadın itgin düşüb

28 avq, 2023
12:54
188

Xaçmazda 59 yaşlı qadın itgin düşüb -FOTO

İtkin düşən 59 yaşlı qadın axtarılır  


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Den.az"-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova  2023-cü il iyulun  18-i axşam saatlarında  yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  

Qeyd edək ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 Aydın Adıgözəlov

 Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar