Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Den.az-ın ” yerli birosu xəbər verirki, Xaçmaz şəhər 9-saylı orta məktəbinin 10-cu sinif şagirdi Orucov Kənan Taryel oğlu öz sinif yoldaşı Nəsrullayev Ayxan Fuad oğlu tərəfindən bıçaqlanıb.
Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla əlaqədar olaraq araşdırma aparılır.
Nüşabə Baxşıyeva