Bakıda tənha yaşayan 62 yaşlı kişi yanan evinin içində tüstüdən boğularaq ölüb.
“DenMedia.az” xəbər verir ki, hadisə oktyabrın 21-i axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində mənzillərin birində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə yanğın baş verib və o, tüstüdən boğularaq ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Qafqazinfo...