Hindistanda 42 yaşlı qadın yemək zamanı çənəsini o qədər güclü çıxarıb ki, hətta həkimlər belə onu dərhal yerinə qaytara bilməyiblər. Bu barədə The Times of India yazır.
Hadisə zamanı qadının çənəsi tam açıq vəziyyətdə “kilidlənib”. Əvvəlcə yaxınları bunu zarafat kimi qarşılayıblar, ancaq qadının 15 dəqiqə ərzində ağrıdan qıvrılması və ağzını bağlaya bilməməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərib.
Ailə onu təcili şəkildə dövlət xəstəxanasına aparıb. Rayon klinikasının həkimləri çənəni yerinə sala bilməyib və qadını daha iri tibb mərkəzinə yönləndiriblər.
Yalnız bir saatlıq prosedurdan sonra mütəxəssislər çənəni uğurla yerinə oturda biliblər. Qadının vəziyyəti hazırda stabildir və o, başına gələnləri artıq ironiya ilə qarşılayır.
Həkimlər isə fürsətdən istifadə edib xəbərdarlıq ediblər:
sürətli və ehtiyatsız yemək belə travmalara səbəb ola bilər, ona görə qidalanmaya diqqətli yanaşmaq vacibdir.

