Yunanıstanda yaşlı bir kişi çimərlikdə yemək yeyərkən boğulub və qorxudan infarkt keçirib. Hadisə Volos şəhərinin bir çimərliyində baş verib.
DenMedia.az xəbər verir ki, yerli mediaya görə, kişi yemək yeyərkən tikə nəfəs borusuna keçib və o, boğulmağa başlayıb. Bir neçə saniyə sonra o, ürək tutması keçirib — həkimlər bunu qorxu ilə əlaqələndirirlər.
Hadisə şahidləri dərhal təcili yardım çağırıblar. Kişi xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. İlkin versiyaya əsasən, ölümə səbəb yemək zamanı boğulma və ürəyin dayanması olub.