Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.
“Den.az” xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhəri ərazisində yerləşən 5 saylı tam orta məktəbdə baş verib.
Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z. Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş Z. Şıxıyevanın vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı araşdırma aparılır.