Ağdam rayonunda bədbəxt hadisə baş verib.
DenMedia.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qeydə alınıb.
Kənddə aparılan bərpa-tikinti işləri zamanı fəhlə yüksəklikdən yıxılaraq həyatını itirib.
Onun 36 yaşlı Babayev Mahir Pilkki oğlu olduğu bildirilir. Mərhum Tərtər rayonunun Qaradağlı kənd sakinidir.
Faktla bağlı araşdırma aparılır.

