Belçikanın Büqgenhaut şəhərində mayın 26-da səhər saatlarında məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində ölənlər var. Bu barədə VRT məlumat yayıb.
Nəşrin məlumatına əsasən, qəza zamanı keçiddə şlaqbaumlar endirilmiş, siqnal işıqları isə işlək vəziyyətdə olub.
Maşinist təcili əyləcdən istifadə etsə də, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Güclü zərbədən sonra mikroavtobus aşıb və yolun hərəkət hissəsinə düşüb.
Mikroavtobusun salonunda 7 uşaq olub. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti dəqiqləşdirilir.
RTL-in məlumatına görə, qəza nəticəsində 4 nəfər ölüb. Onların ikisi yeniyetmə, biri sürücü, digəri isə uşaqları müşayiət edən şəxsdir.
Hadisədən sonra şəhərdə bələdiyyə səviyyəsində fövqəladə vəziyyət planı tətbiq olunub.

